İsrail ordusu Cenində məscidin altındakı obyektə hücum edib


“İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenindəki Əl-Ənsar məscidinin altındakı yeraltı obyektə qabaqlayıcı zərbə endirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu obyektdən yaxın gələcəkdə hücum etməyi planlaşdıran Fələstinin HƏMAS və “İslami Cihad” qruplaşmalarının tərəfdarları istifadə ediblər.
“İsrail Müdafiə Qüvvələri və Ümumi Təhlükəsizlik Xidməti arasında keçirilən birgə tədbir zamanı İsrail Müdafiə Qüvvələri Cenindəki Əl-Ənsar məscidinin ərazisində yeraltı terror obyektinə hava zərbəsi endirib. Məsciddə HƏMAS və HƏMAS-ın terror qruplaşması yerləşirdi. Çox yaxın gələcəkdə terror aktı hazırlayan “İslami Cihad” yaraqlıları orda idi”, - açıqlamada bildirilib.
Tarix: 22-10-2023, 10:19
Xəbəri paylaş





Xəbər lenti