"Yaxın Şərqdə hərbi mövqelərimizin möhkəmləndirilməsi üçün bütün zəruri tədbirlər görüləcək" - Pentaqon rəhbəri


"Qəzzada İsrail və HƏMAS yaraqlıları arasında münaqişə başlanandan İraq və Suriyadan ABŞ hərbi bazalarına hücumlar vüsət alıb..."
 
İran və onun oyuncaq qüvvələrinin vəziyyəti kəskinləşdirməsi səbəbindən Pentaqon mühüm qərar qəbul edib
 
Birləşmiş Ştatlar İran tərəfindən dəstəklənən qüvvələrin Amerikanın hərbi bazalarına bir neçə hücumundan sonra regionda vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq Yaxın Şərqdə öz hərbi qruplaşmasını möhkəmləndirəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostinin bəyanatında deyilir. Məlumatı "tvzvezda.ru" nəşri yayıb.
 
"Bu yaxınlarda Yaxın Şərq regionunda İran və onun oyuncaq qüvvələri tərəfindən vəziyyətin kəskinləşməsini prezident Baydenlə detallı müzakirədən sonra bu gün mən ABŞ Müdafiə Nazirliyinin regionda mövqelərinin bundan sonra da möhkəmləndirilməsi üzrə bir sıra əlavə addımların atılması barədə göstəriş vermişəm.
 
Bu addımlar çəkindirmə üzrə regional səyləri möhkəmləndirəcək, ABŞ qüvvələrinin regionda müdafiəsini yüksəldəcək və İsrailin müdafiəsinə kömək edəcək", - Lloyd Ostin deyib.
 
O cümlədən Pentaqon rəhbəri regionda amerikalı hərbi qulluqçuların müdafiəsinin gücləndirilməsi üçün yeni HHM vasitələri, o cümlədən THAAD batareyası və yeni  "Patriot" komplekslərinin yerləşdirilməsinə sərəncam verib.
 
Bundan başqa, Pentaqon rəhbəri xatırladıb ki, Aralıq dənizinin şərq hissəsinə "Duayt Eyzenhauer" təyyarə daşıyan gəmisi başda olmaqla daha bir zərbə qrupunu göndərməyə sərəncam verib.
 
"Bu təyyarə gəmisi zərbə qrupu hazırda Aralıq dənizinin şərq hissəsində olan "Cerald Ford" təyyarə gəmisi başda olmaqla
zərbə qrupuna əlavədir.
 
O, bizim qüvvələrimizi, imkanlarımızı və müxtəlif gözlənilməz şəraitə cavab vermək qabiliyyətimizi daha da möhkəmləndirəcək", - Ostin əlavə edib və qeyd edib ki, "müəyyən sayda" amerikalı hərbçilər regiona göndərilməsi üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ostin konkret rəqəmlər açıqlamayıb.
 
"Mən qüvvələrimizin regionda yerləşdirilməsinə tələbatı dəyərləndirməkdə davam edəcəyəm və zərurət olduqca əlavə qüvvələrin yerləşdirilməsi imkanlarını nəzərdən keçirəcəyəm", - Pentaqon rəhbəri vəd edib.
 
Qəzzada İsrail və HƏMAS yaraqlıları arasında münaqişə başlanandan İraq və Suriyada ABŞ hərbi bazalarına hücumlar vüsət alıb.
 
Oktyabrın 19-da ABŞ hərb gəmisi Yəməndən İranın dəstəklədiyi husilər tərəfindən buraxılan ondan artıq dron və dörd qanadlı raketi vurub. Döyüş başlıqları Qırmızı dəniz boyunca şimala, potensial olaraq İsraildəki hədəflərə yönəlib.
 
Bu gün ABŞ Hərbi-Hava Qüvvələrinin 5-ci donanması Amerikanın bu raket və dronları ələ keçirən "USS Carney, DDG  64" eskadra mina gəmisinin döyüş fəaliyyətinin kadrlarını göstərib.

Tarix: 22-10-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti