Çin Yaxın Şərqə döyüş gəmiləri göndərib

Əməliyyat qrupuna freqat və inteqrasiya olunmuş təchizat gəmisi də daxildir
Çin Fələstin-İsrail münaqişəsinin daha da genişlənməsi riski səbəbindən Yaxın Şərqə altı hərbi gəmi göndərib.
AYNA xarici mediaya istinadən bildirir ki, əməliyyat qrupuna freqat və inteqrasiya olunmuş təchizat gəmisi də daxildir.
Bundan əvvəl Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Çjun bildirmişdi ki, Pekin regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır.
Tarix: 23-10-2023, 08:07
Xəbəri paylaş





Xəbər lenti