İsraillilərin neçə faizi əməliyyatların "HƏMAS"-ın məhvinədək davamını dəstəkləyir?..-SORĞU

İsraillilərin neçə faizi əməliyyatların
İsraillilərin əksəriyyəti Qəzza zolağında "HƏMAS"-a qarşı quru əməliyyatının keçirilməsinin tərəfdarıdır.
 

İsrail vətəndaşlarının, demək olar ki, dörddə üçü (70%) "Dəmir Qılınclar" əməliyyatının əsas məqsədini "HƏMAS" terror qruplaşmasının məhv edilməsi hesab edir.
 
Moderator.az xəbər verir ki, "Israel National New"in(İsrail Milli Xəbərləri) yaydığı məlumata görə, bunu “Qələbə” layihəsinin sorğu komissiyasının apardığı sosioloji araşdırmanın nəticələri sübut edir.
 
O cümlədən, eyni sorğuya görə, 15% "Dəmir Qılınclar" əməliyyatının məqsədinin ""HƏMAS" tərəfindən saxlanılan məhbusların qeyd-şərtsiz azad edilməsini" təmin etmək olduğunu bildirib.
 
Eyni zamanda, respondentlərin daha 13%-i hesab edir ki, əsas məqsəd "HƏMAS"-ın tamamilə tərksilah edilməsi olmalıdır.
Nəşr qeyd edir ki, son Knesset seçkilərində ərəbpərəst partiyalara səs verdiyini deyənlərin 54%-i də əməliyyatın əsas məqsədi kimi "HƏMAS"-ın məhv edilməsini göstərib.
Həmçinin, respondentlərə Qəzza zolağında quru əməliyyatına başlamaq zərurəti və ya ondan yayınmağın və "HƏMAS"-la mübarizənin başqa yolunun tapılmasının mümkünlüyü barədə sual verildikdə, 68% birinci, 25% isə ikinci variantı seçib.
S.Laçın
Tarix: 23-10-2023, 08:22
Xəbəri paylaş





Xəbər lenti