“Azərbaycan mafiyası” ilə bağlı həbslər başlayıb


“Azərbaycan mafiyası” ilə bağlı həbslər başlayıb
Sankt-Peterburqda bir qrup şəxs tərəfindən yoldan keçənləri döymə işi üzrə daha iki müttəhim həbs edilib.

Cebhe.info “Kommersant”-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Özbəkistandan və Çelyabinsk vilayətindən olan Raximjon Turdiyev və Əhməd Muxayev həbs edilib.

Sankt-Peterburq məhkəməsi onları dekabrın 17-dək həbs edib. Onlar xuliqanlıqda ittiham olunublar.

Məhkəmənin məlumatına görə, oktyabrın 12-dən 13-dək təqsirləndirilən şəxslər Leninski prospektində yoldan keçən bir nəfərin “başına və bədəninə çoxsaylı zərbələr vurublar”.

Eyni zamanda, internetdə döyülmə anının görüntüləri də yayılıb. Onları 18 yaşlı Rusiya vətəndaşı Timur Muxtarov paylaşıb. O da saxlanılıb, bundan sonra o, davalarda şəxsən iştirak etmədiyini bildirib. Videoları ona 17 yaşlı yeniyetmə göndərib.

Bundan əvvəl bu səs-küylü iş üzrə 9 nəfər həbs olunub.

Xatırladaq ki, insanların döyülməsi ilə bağlı ilk videolar oktyabrın əvvəlindən internetdə görünüb. Sankt-Peterburq sakinlərinin Azərbaycandan olan şəxslərin hücumuna məruz qaldığı bildirilirdi. Faktla bağlı araşdırma başladılıb, İstintaq Komitəsi tərəfindən iş açılıb. Qeyd olunub ki, söhbət Azərbaycandan gələnlərin dəstəsindən gedir.

“Moika-da Mash” “Telegram” kanalının məlumatına görə, bu insanlar özlərini “Azərbaycan mafiyası” adlandırır və heç bir səbəb olmadan təsadüfi yoldan keçənlərə hücum edirlər.
Tarix: 23-10-2023, 08:30
Xəbəri paylaş





Xəbər lenti