ABŞ prezidenti dünya liderləri ilə Fələstin-İsrail münaqişəsini müzakirə edib

ABŞ prezidenti dünya liderləri ilə Fələstin-İsrail münaqişəsini müzakirə edib
ABŞ prezidenti Cozef Bayden Böyük Britaniyanın Baş naziri Rişi Sunak, İtaliyanın Baş naziri Corca Meloni, Kanadanın Baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts ilə telefon danışıqları aparıb və onlarla Fələstin-İsrail münaqişəsini müzakirə edib.
 
Bu barədə Ağ Ev danışıqlardan sonra məlumat verib.
 
Qeyd olunub ki, liderlər İsraillə HƏMAS terror təşkilatı arasında davam edən qarşıdurmanı diqqət mərkəzində saxlayıblar. Vurğulanıb ki, danışıqlarla bağlı yekun bəyanat tezliklə dərc olunacaq.

Tarix: 23-10-2023, 09:12
Xəbəri paylaş





Xəbər lenti