Netanyahu: ““Hizbullah” sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir”

“İsrail lazım gələrsə, tədbir görəcək, “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacaq”
İsrail Baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Baş naziri Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında danışıb.
““Hizbullah” ciddi şəkildə bu müharibəyə qatılaraq səhv etsə, peşman olacaq. “Hizbullah” sanki "İkinci Livan müharibəsi"nin həsrətindədir”, - Netanyahu qeyd edib.
Bildirib ki, İsrail lazım gələrsə, tədbir görəcək, “Hizbullah”a qarşı dağıntıların ağlasığmaz olacaq.
Tarix: 24-10-2023, 21:23
Xəbəri paylaş





Xəbər lenti