“Bu halda BMT-ni ən qaranlıq dövr gözləyir” – İsrailli nazir


“İsraillə Fələstinin HƏMAS təşkilatının radikalları ilə qarşıdurmasında qeyri-müəyyənliyə yer yoxdur və bütün dünya İsrailin tərəfini tutmalıdır”.
Yeniavaz.com 
TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq regionunda vəziyyətlə bağlı açıq debatda çıxışında bildirib.
Koen təşkilatın baş katibi Antonio Quterreşə müraciət edərək vurğulayıb ki, əks halda, təşkilat ən qaranlıq dövrlər ilə qarşılaşacaq:
“Bütün ölkələr BMT Nizamnaməsində təsbit olunmuş əsas insanlıq dəyərlərinin müdafiəsinə qalxmayınca, bu, cənab Katib, Sizin rəhbərliyiniz altında BMT-nin ən qaranlıq vaxtı olacaq və bu yer öz mövcudluğu üçün mənəvi əsasını itirəcək”.
Tarix: 24-10-2023, 21:54
Xəbəri paylaş





Xəbər lenti