TƏCİLİ! Əgər İran hücuma keçsə... - ŞOK xəbərdarlıq

 
ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Nyu-York şəhərində İsrail-Fələstin gündəmi ilə toplanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında çıxış edib.
Musavat.com xəbər verir ki, Blinken Yaxın Şərqdə baş verən son hadisələr barədə danışıb.
O vurğulayıb ki, ABŞ İranla münaqişənin arxasınca getmir:
“Biz bu müharibənin genişlənməsini istəmirik. Lakin İran hər hansı bir yerdə ABŞ personalına hücum edərsə, xalqımızı və təhlükəsizliyimizi tez və qətiyyətlə müdafiə edəcəyik”.
Blinken bütün üzv dövlətlərə müraciət edib:
“Bu münaqişədə İsrailə qarşı yeni cəbhə açmağı düşünən və ya Birləşmiş Ştatlar da daxil olmaqla İsrailin tərəfdaşlarını hədəfə ala biləcək istənilən dövlətə və ya qeyri-dövlət aktyoruna qəti və vahid mesaj göndərməyə çağırırıq. Yanğını körükləməyin".
Tarix: 25-10-2023, 23:01
Xəbəri paylaş





Xəbər lenti