HƏMAS İsrail kəşfiyyatını necə aldadıb? – Yeni faktlar


İsrailə hücum planlaşdıran HƏMAS yaraqlılarının kiçik bir qrupu iki il ərzində Qəzza zolağında yerin altındakı tunellərdə qurulmuş stasionar telefon şəbəkəsi vasitəsilə əlaqə saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Amerika kəşfiyyatının məlumatları ilə tanış olan iki mənbəyə istinadən CNN məlumat yayıb.

Qeyd olunur ki, tunellərdəki telefon xətləri İsrail kəşfiyyatının diqqətini cəlb etmədən yaraqlıların bir-biri ilə gizli əlaqə saxlamasına şərait yaradıb. Onlar həmçinin bütün bu müddət ərzində kompüter və ya mobil telefondan istifadə etməyiblər.


CNN-in həmsöhbətlərindən birinin sözlərinə görə, HƏMAS-ın quru komandirləri və qruplaşmanın döyüşçüləri aylardır təlim keçmələrinə və hazırlıq vəziyyətində olmalarına baxmayaraq, onlar konkret planlar barədə hücumdan cəmi bir neçə gün əvvəl öyrəniblər.

Eyni zamanda, İsrail hələ oktyabr hücumundan əvvəl Fələstin yaraqlılarının simli rabitə sistemlərindən istifadə etdiyindən məlumatlı olub.

İsrail rəsmisi bildirib ki, yayda İsrail hərbçiləri İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərində keçirdikləri əməliyyat zamanı müdafiə olunan rabitə xətləri və video müşahidə kameraları aşkar ediblər.

O zaman İDF Cenindəki yaraqlılar tərəfindən istifadə edilən birgə əməliyyat komanda mərkəzinə zərbələr endirdiyini bildirərək, onun “gücləndirilmiş müşahidə və kəşfiyyat” üçün istifadə edildiyini qeyd edib. IDF rəsmilərinin sözlərinə görə, bu, “terrorçular arasında koordinasiya və əlaqə mərkəzi” idi.
Tarix: 25-10-2023, 23:04
Xəbəri paylaş





Xəbər lenti