İsrail ordusu Qəzzada HƏMAS-ın daha üç komandirini zərərsizləşdirib

Zərərsizləşdirilən komandirlər oktyabrın 7-də İsrailə qarşı hücumlarda iştirak ediblər
İsrail hərbçiləri Qəzza zolağına hava zərbəsi endirib, HƏMAS təşkilatının üç komandirini zərərsizləşdirib.

AYNA-nın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bu komandirlər Qəzzada HƏMAS briqadasının tərkibində olan Daraj Tuffa batalyonunda fəaliyyət göstəriblər. İsrail hərbçilərinin fikrincə, bu batalyon HƏMAS-ın strukturunda ən mühüm briqada hesab olunur.
Ordudan bildirilib ki, zərərsizləşdirilən komandirlər oktyabrın 7-də İsrailə qarşı hücumlarda iştirak ediblər.
Xatırladaq ki, oktyabrın 7-də səhər tezdən İsrail ərazisinə Qəzza zolağından raket atəşi başlayıb. İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb.
Tarix: 27-10-2023, 08:09
Xəbəri paylaş





Xəbər lenti