İsrail əsgərləri və tankları Qəzzaya daxil oldu...-“Nyu-York-Tayms”

İsrail əsgərləri və tankları Qəzzaya daxil oldu...-“Nyu-York-Tayms”
“Son iki gün ərzində İsrail əsgərləri, xüsusən də tanklarla Qəzzaya kiçik müdaxilələr edib, orada uzun müddət qalmayıblar...”
 

İsrail hərbçiləri ərazini hərbi təyyarələrdən artilleriya və raketlərlə intensiv atəşə tutulduqdan sonra cümə günü axşam Qəzza zolağına daxil olub.
 
Moderator.az xəbər verir ki, “New York Times” İsrail ordusu mənbələrinə istinadla belə bir məlumat yayıb.
 
Nəşr qeyd edir ki, hücumlar “HƏMAS”-ın İsraildə 1400 nəfərin ölümünə və müharibəyə səbəb olan trans-sərhəd reydlərindən üç həftə sonra baş verib.
 
Eyni zamanda, Fələstinin iki aparıcı mobil şəbəkəsi: "Jawwal"və "Paltel", zərbələrdən sonra mobil və internet rabitəsinin kəsildiyini bildirib.
 
İsrail general-mayoru Nir Dinar İsrail əsgərlərinin sərhədi keçdiyini və Qəzza zolağında döyüşdüyünü söyləyib. Lakin o, bunun İsrailin həftələrdir iddia etdiyi genişmiqyaslı quru işğalının başlanğıcı olub-olmadığını söyləməkdən imtina edib.
 
“The New York Times” əlavə edir ki, son iki gün ərzində İsrail əsgərləri, xüsusən də tanklarla Qəzzaya kiçik müdaxilələr edib, orada uzun müddət qalmayıblar.
Tarix: 28-10-2023, 21:09
Xəbəri paylaş





Xəbər lenti