Dağıstanda hava limanına basqında 20 nəfər xəsarət aldı


Dağıstanın Mahaçqala şəhərində hava limanında baş verən insident zamanı xəsarət alanların sayı məlum olub.
 
Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, polis və mülki şəxslər də daxil olmaqla 20-dən çox insan xəsarət alıb.
 
10 nəfəri rayon xəstəxanalarındadır, onlardan ikisinin vəziyyəti ağırdır.
 
APA
Tarix: 30-10-2023, 09:12
Xəbəri paylaş





Xəbər lenti