İsrail-“HƏMAS” savaşı nə qədər davam edəcək?..- “Mossad”ın eks-rəhbəri

İsrail-“HƏMAS” savaşı nə qədər davam edəcək?..- “Mossad”ın  eks-rəhbəri
“İsrail Qəzza zolağında ölkəni terror təhlükələrindən tamamilə qorumaq üçün əməliyyata başlayıb və hücumların bir daha təkrarlanmaması üçün mümkün olan hər şeyi etmək niyyətindədir”. 
 
Moderator.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, bunu “Mossad”ın keçmiş rəhbəri Zohar Palti deyib.
 
Onunla müsahibəni İtaliyanın “Rai 1” telekanalı dərc edib.
 
Onun sözlərinə görə, İsrail əməliyyatının heç bir zaman çərçivəsi olmayacaq. Oktyabrın 7-də baş verən hadisələrin bir daha təkrarlanmaması üçün ölkə mümkün olan bütün tədbirləri görəcək.
 
Palti İsrailin tezliklə Qəzza zolağında daha geniş miqyasda hərəkətə keçəcəyini istisna etməyib. Lakin, onun sözlərinə  görə, bu müharibə bir neçə il davam edə bilər.
 
“Mossad”ın keçmiş rəhbəri əmin olduğunu bildirib ki, İsrail Müdafiə Ordusunun hazırkı əməliyyatı nə birinci, nə də sonuncudur.
 
"Hava hücumları və yerüstü reydlərdən sonra daha böyük əməliyyatlar keçiriləcək, lakin bu, məsələnin sonu olmayacaq", - deyə Palti əlavə edib.

Tarix: 30-10-2023, 09:45
Xəbəri paylaş





Xəbər lenti