Nazirin adından yayılan iddia rezonans doğurdu – “Ərəblər İsrailin yanındadır”

Nazirin adından yayılan iddia rezonans doğurdu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) beynəlxalq əməkdaşlıq naziri Rim bint İbrahim əl-Haşimi HƏMAS-a qarşı İsraili dəstəkləməyib.

Siam.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin Dezinformasiyalarla Mübarizə Komitəsi məlumat yayıb.

Açıqlamada nazirin BMT Təhlükəsizlik Şurasında “Bütün azad ərəblər İsrailin yanındadır” ifadəsini işlətmədiyini bildirilib.

“Bəzi sosial media hesablarında BƏƏ-nin beynəlxalq əməkdaşlıq naziri Rim bint əl-Haşiminin adından paylaşılan “Bütün azad ərəblər İsrailin yanındadır” iddiası doğru deyil. Nazirin BMT Təhlükəsizlik Şurasındakı bəyanatında belə bir ifadə müəyyən edilməyib. BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş da Rim bint əl-Haşiminin Qəzza və İsraillə bağlı çıxışının təhrif edildiyini açıqlayıb”, - açıqlamada deyilir.

Əl-Haşiminin adından yayılan iddia bir sıra müsəlman ölkələrində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi.
Tarix: 30-10-2023, 14:55
Xəbəri paylaş





Xəbər lenti