"Vaqner Hizbullaha kömək edir?" - Gizli detallar ÜZƏ ÇIXDI


ABŞ kəşfiyyatı Vaqner ilə İsrailə qarşı vuruşan Hizbullah qruplaşması arasında mümkün əməkdaşlıqdan narahatdır.
KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı Amerika rəsmilərinə istinadən yazıb.
Nəşrin məlumatına görə, ABŞ kəşfiyyatı Vaqner PMC-nin Hizbullaha Qərbdə SA-22 kimi tanınan Rusiya hava hücumundan müdafiə sistemi göndərə biləcəyi barədə məlumat alıb. Rusiyada bu, “Pantsir-S1” adlanır. Sözügedən zenit-raket kompleksi hava hücumundan müdafiə sistemidir.
“Amerika rəsmilərindən biri bildirib ki, Vaşinqton sistemin göndərilməsi faktını təsdiqləməyib. Lakin o, Vaqner PMC ilə Hizbullah arasında danışıqları izləyir və bu cür tədarüklərin mümkünlüyü böyük narahatlıq doğurur”, – nəşr yazır.
Tarix: 2-11-2023, 22:31
Xəbəri paylaş





Xəbər lenti