Putin: Qafqazlılar Ukraynada qəhrəmancasına döyüşürlər



Ukraynada xüsusi hərbi əməliyyat zonasında qafqazlılar mükəmməl döyüşürlər.
 
Bunu Rusiya Prezidenti Vladimir Putin İctimai Palatanın yeni üzvləri ilə görüşündə deyib.
 
“Qafqazdan xüsusi hərbi əməliyyat zonasında döyüşən uşaqlara gəlincə, onların sayı çoxdur və onlar əla, qəhrəmancasına döyüşürlər”, - deyə Rusiya prezidenti vurğulayıb.
 
Putin qafqazlıların Rusiya ordusunda heç də sıravi əsgər kimi deyil, daha çox komandir vəzifələrində mükəmməl xidmət etdiklərini, döyüşdüklərini söyləyib./APA
Tarix: 4-11-2023, 07:58
Xəbəri paylaş





Xəbər lenti