ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Türkiyəni də hədəfləyir



Birləşmiş Ştatlar noyabrın 2-də Moskvanın Ukraynada apardığı müharibəyə görə Rusiya üzərinə geniş sanksiyalar elan edib.
Yeni sanksiyalar Rusiyanın gələcək enerji qabiliyyətini, Ukraynada istifadə etdiyi dronları, ümumilikdə yüzlərlə vahid və fərdi hədəfləyir.
ABŞ-ın son sanksiyalarının hədəflərindən biri də Sibirdəki Arctic-2 LNG kimi tanınan nəhəng layihənin inkişaf etdirilməsində, rəhbərliyində və sahibliyində təmsil olunan vahid və fərdlərdir. Bu layihənin qlobal bazarlara maye qaz ixrac etməsi gözlənilir.
Arctic LNG 2 layihəsi üzərinə sanksiyalar qoymaqla ABŞ Rusiyanın hətta gələcək enerji istehsalını hədəfləyir. Ekspertlər bildirirlər ki, bu layihə əsaslı şəkildə Qərb texnologiyalarından asılıdır.
Özü maye qazın ən böyük istehsalçılarından sayılan ABŞ həm də Rusiya maye qazının Avropaya mümkün ixracını əngəlləməyə çalışır.



Ölümcül dronların istehsalçısı

Vaşinqtonun sanksiyaları habelə Rusiya ordusunun Ukrayna müharibəsində istifadə etdiyi KUB-BLA və Lancet intihar dronlarının layihələndirilməsini və istehsalını hədəfləyir.
Bayden administrasiyası noyabrın 2-də Rusiya ordusunu dronlarla təchiz edən onlarca Rusiya şirkətini “qara siyahıya” salıb.
Söhbət ilk növbədə ölümcül dronları istehsal edən ZALA Aero MMC və A Level Aerosystems CST şirkətlərindən gedir.
ZALA qrupu şirkətlərinin sahibi Aleksandr Zaxarov, onun arvadı, oğlu və qızı da sanksiya siyahısına salınıb.

Rusiyaya sanksiyalardan yayınmaqda kömək edənlər

ABŞ habelə sanksiyaların pozulması ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyə və Çinə qarşı tədbirlərini elan edib. Vaşinqton bu ölkələri Rusiyanı silah sistemlərində istifadə olunan ikili təyinatlı mallarla təchiz etməkdə ittiham edir.
Yeni sanksiyalar Gazpromneft Catalytic Systems LLC şirkəti də daxil Rusiyada mənzillənən bankları və onlarca şirkəti hədəfləyir. Gazpromneft Catalytic Systems LLC şirkəti Rusiyanın neft emalı sənayesini kimyəvi agentlərlə təchiz edir.
Kreml bu sanksiyalarla bağlı bildirib ki, Rusiyaya qarşı belə tədbirlər Qərbin özünə ziyan vurur.
Çinin Xarici İşlər Nazirliyi sanksiyaları ABŞ-ın iqtisadı təzyiqi və birtərəfli “gözümçıxdıya salmaq” siyasəti adlandırıb.
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını alqışlayıb və əlavə edib ki, Rusiyanın bu məhdudiyyətlərdən yayınmasına yol verilməməlidir.
Tarix: 5-11-2023, 08:36
Xəbəri paylaş





Xəbər lenti