İranın müdafiə naziri ABŞ-ı təhdid etdi


İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-ı təhdid edərək bildirib ki, Vaşinqton Qəzza zolağında müharibəni dayandırmasa, ona “ciddi zərbə” vurulacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə İran mətbuatında məlumat yayılıb.
“Amerikalılara tövsiyəmiz odur ki, İsrail və Fələstin arasındakı müharibəni dərhal dayandırsınlar və atəşkəsi təmin etsinlər, əks halda ABŞ ciddi zərbə alacaq”, - deyə nazir bildirib.
Tarix: 5-11-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti