“Bu təklifə məhəl qoyulmadı” – Moskva Paşinyanın daha bir paxırını açdı


Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməzdən əvvəl Moskva ondan yan keçmək üçün İrəvana təklif göndərib.

Bakupost.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Lenta.ru-nun sorğusuna cavabında deyilir.

Sorğu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyanın bəyanatına aiddir. Onun sözlərinə görə, İrəvan Roma Statutunun ratifikasiyasından bir neçə ay əvvəl Moskvaya onun tələblərindən yan keçmək imkanı verən saziş imzalamağı təklif edib, lakin guya heç bir cavab almayıb. Rusiya XİN-dən bildiriblər ki, “Arşakyanın dedikləri doğru deyil, Moskva İrəvanın təklifinə cavab verib”.


“İkitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi cavab olaraq təkliflər irəli sürüb. İrəvana təklif olunub ki, Roma Statutunu ratifikasiya etmədən Beynəlxalq Cinayət Mexanizmlərindən mexanizmlərindən istifadə yolu tutsun. Belə bir təcrübə var. Təəssüf ki, bizim təklif etdiyimiz kompromis həll yollarına məhəl qoyulmadı”, – deyə Rusiya XİN-dən bildiriblər.

Qurumdan həmçinin İrəvanın “sırf siyasi səbəblərə görə” Roma Statutunu ratifikasiya etmək qərarına gəldiyi qeyd olunub.

“Əgər İrəvan öz əli ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman, fikrimizcə, Ermənistan hüquq sistemi çərçivəsində bunun üçün imkanlar var”, – deyə Rusiya XİN-dən bildiriblər.

Tarix: 5-11-2023, 22:19
Xəbəri paylaş





Xəbər lenti