ABŞ-ın baş kəşfiyyatçısı İsrailə uçdu və “Mossad” rəhbəri ilə görüşdü...

ABŞ-ın baş kəşfiyyatçısı İsrailə uçdu və “Mossad” rəhbəri ilə görüşdü...
Noyabrın 5-i axşam saatlarında xəbər verildiyi kimi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailə gəlib. 
Moderator.az xəbər verir ki, İsrailin “”Ynet saytının gecə saatlarında yaydığı məlumata görə, noyabrın 5-i axşam Börns “Mossad” rəhbəri David Barnea ilə görüşüb
 
Amerikanın baş kəşfiyyatçısının baş nazir Benyamin Netanyahu ilə görüşü 6 noyabr - bazar ertəsi, yəni bu  günə planlaşdırılıb və görünür, "müharibə kabineti"nin üzvləri  də həmin görüşdə iştirak edəcək.
 
ABŞ mətbuatında yer alan digər xəbərlərə görə, MKİ rəhbəri Yaxın Şərqə səfəri çərçivəsində Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək.
 
Xatırladaq ki, 2021-ci ilin avqustunda Uilyam Börnsün MKİ rəhbəri kimi İsrailə ilk səfəri və bəzi məlumatlara görə, “Mossad” rəhbəri ilə gizli görüşü ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı bir çox şübhələr doğurmuşdu...
Tarix: 6-11-2023, 10:33
Xəbəri paylaş





Xəbər lenti