ABŞ-ın nüvə başlıqlı ballistik raketlər daşıyan sualtı atom qayığı Yaxın Şərqə daxil olub

ABŞ-ın nüvə başlıqlı ballistik raketlər daşıyan sualtı atom qayığı Yaxın Şərqə daxil olub
"ABŞ İsrailin HƏMAS yaraqlıları ilə müharibəsi fonunda Yaxın Şərqdə hərbi qüvvələrini artırır..."
"İran və müttəfiqləri  Amerikanın regiondakı hərbi bazaları və donanmasına hücum edə biləcəyi ilə təhdid edir..."

 
Amerikanın strateji atom sualtı qayığı Yaxın Şərqə daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat verib. Məlumatı "svoboda.org" nəşri yayıb.
 
ABŞ Mərkəzi Komandanlığı Amerika Silahlı Qüvvələrinin tərkibində olan, Orta Şərq, Şərqi Afrika və Mərkəzi Asiya regionunda hərbi əməliyyatlar zamanı əməliyyatların planlaşdırılması və Amerika qoşunlarının idarə edilməsinə cavabdeh olan vahid komandanlıqdır.
 
"2023-cü il noyabrın 5-də ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına "Ohayo" sinfindən olan sualtı qayıq daxil olub", - məlumatda deyilir.
 
"Ohayo" tipli qayıqlar ABŞ strateji nüvə qüvvələrinin əsasını təşkil edir və
zamanının 60 faizini dənizdə keçirərək daimi olaraq döyüş patrul xidmətinə çıxır.
 
Bu seriyadan olan 18 sualtı qayıqdan 14-nün hər birinin silahlanmasında 24 qitələrarası üçmərhələli bərk yanacaqla işləyən "Traydent" raket sisteminə malikdir, fərdi yönləndiricisi olan ayrılan baş hissələri ilə təchiz edilib.
 
Qalan dörd sualtı qayıq qanadlı raket daşıyır. "Ohayo" sinfindən olan atom sualtı qayıqlar nüvə başlığı olan ballistik raketlər daşıya bilir.
 
İsrailin HƏMAS yaraqlıları ilə müharibəsi fonunda ABŞ regionda hərbi qüvvələrini artırıb. 
 
Oktyabrın əvvəlində ABŞ-ın "Cerald Ford" təyyarə gəmisi onları müşayiət edən gəmilərlə  Aralıq dənizinin şərq hissəsinə daxil olub. 
 
Sonradan regiona daha bir "Duayt Eyzenhauer" təyyarə gəmisi göndərilib. 
 
Həmçinin dəniz piyadalarının çevik reaksiyalı qüvvələri İsrail sahillərinə gəlib.
 
Bundan başqa, Qırmızı dəniz rayonuna "Florida" (SSGN-728) sualtı qayığı gəlib, onun silahlanmasında 154 "Tomoqavk" qanadlı raket var.
 
Bundan öncə Amerikanın rəsmi şəxsləri dəfələrlə İran və onun regionda müttəfiqlərinin fəal surətdə İsrailə qarşı HƏMAS qruplaşmasının tərəfində münaqişəyə qoşulacaqları təqdirdə bunun ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
 
Yəməndə iranyönümlü husilər qruplaşması, habelə Livanın "Hizbullah" şiə qruplaşması İsrailə raket zərbələri endirir, lakin onlar tərəfindən genişmiqyaslı döyüş əməliyyatlarından söhbət getmir.
 
Bu zaman İran və müttəfiqləri ABŞ-ı təhdid edir, iddia edir ki, zərurət olduqda onlar Amerikanın həm regiondakı bazaları, həm də donanmasına hücum edə bilər.
Tarix: 7-11-2023, 09:05
Xəbəri paylaş





Xəbər lenti