ABŞ İnstitutu: Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər

ABŞ İnstitutu: Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər
Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ləğv oluna bilər.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun iddiasına görə, bu barədə Kremlə bağlı mənbələr danışıblar.

Bildirilib ki, buna səbəb Ermənistanla ABŞ arasında artan əməkdaşlıqdır:
“Ermənistan Baş Qərargahının rəisi Edvard Asiran ilə ABŞ-ın Avropa Komandanlığının müavini general-leytenant Stiven Başam arasında noyabrın 3-də görüş keçirilib. Bu, Rusiyaya qarşı növbəti rüsvayçılıqdır. ABŞ-la Ermənistan arasında artan əməkdaşlıq Rusiyanın Gümrüdəki 102-ci Hərbi Bazasını saxlamaq imkanını təhlükə altına alır”.
Həmçinin məlumatda vurğulanıb ki, İrəvan son vaxtlar Moskvadan uzaqlaşır və ikitərəfli münasibətlər pisləşir.
Xatırladaq ki, Ermənistandakı 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1994-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb.
Tarix: 8-11-2023, 09:53
Xəbəri paylaş





Xəbər lenti