“Moldova və Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlamağı tövsiyə edirik”


“Avropa Komissiyası Aİ Şurasına Moldova və Ukrayna ilə icmaya qəbulla bağlı danışıqlara başlamağı tövsiyə edib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
“Avropa Komissiyası genişlənmə ilə bağlı hesabat qəbul edib. Maydan etirazlarından 10 il sonra bu gün tarixi bir gündür, çünki Avropa Komissiyası Aİ Şurasına Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamağı tövsiyə edir. Bundan əlavə, Avropa Komissiyası tövsiyə edir ki, Bosniya və Herseqovina üçün də üzvlük danışıqları başlasın, Gürcüstanın üzvlüyə namizəd statusuna baxılsın”, - fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Aİ-nin dekabrda keçiriləcək sammitində AK-nin Ukrayna və Moldovanın qəbulu ilə bağlı danışıqlara başlamaq tövsiyəsi müzakirə olunacaq, müsbət qərar qəbul olunarsa, danışıqlar 2024-cü ilin martında başlaya bilər.
Tarix: 8-11-2023, 18:01
Xəbəri paylaş





Xəbər lenti