ABŞ kəşfiyyatçısından xəbərdarlıq: Rusiya ordusu PUA-larla Ukraynaya zərbələr endirəcək

“PUA-lar dəstəsi Ukraynanın çoxlu hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxaracaq”
“Rusiya ordusu təkmil pilotsuz təyyarələr (PUA) dəstəsi ilə Ukrayna qoşunlarına zərbələr endirməyi planlaşdırır”. AYNA xəbər verir ki, bu barədə ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Ask The Inspector” “YouTube” kanalına müsahibəsində deyib.
“Rusiyanın PUA-lar dəstəsini işə sala bilən silahı var. Bir-biri ilə hərəkətləri əlaqələndirən, hədəfləri seçən və zərbələr endirən onlarla texnika mövcuddur”, - kəşfiyyatçı qeyd edib.
Ritterin sözlərinə görə, bu gün Qərb bu tip texnologiya ilə necə davranacağını bilmir: “Döyüşdə Rusiya PUA-ları ilə qarşılaşan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri deyirlər ki, adi artilleriya zərbələri ilə müqayisədə bu o qədər də dəhşətli deyil”.
Ekspert vurğulayıb ki, PUA-lar dəstəsi Ukraynanın çoxlu hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxaracaq.
Tarix: 11-11-2023, 13:49
Xəbəri paylaş





Xəbər lenti