"Qəzzada etdiklərimizi Beyrutda da edə bilərik" - İsrailin müdafiə naziri

"Qəzzada etdiklərimizi Beyrutda da edə bilərik" -
"Qəzzada etdiklərimizi Beyrutda da edə bilərik".
Bakupost.az İsrail KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Livanla sərhədə gələn Yoav Qalant Livan burada komandirlərlə vəziyyəti qiymətləndirib, əsgərlərlə söhbət edib.
" Livan vətəndaşları, mən cənuba doğru hərəkət edərkən ağ bayraq qaldıran Qəzza vətəndaşlarını görürəm. "Hizbullah" Livanı mümkün müharibəyə doğru itələyir və səhvlər edir. Belə səhvlərin bədəlini Livan vətəndaşları ödəyəcək. Qəzzada nə ediriksə, Beyrutda da onu edə bilərik. Ümid edirəm ki, "Hizbullah" özünü yaxşı aparacaq və Nəsrullah bizi təhrik etməyəcək. Çünki bu təcavüz qəbuledilməzdir", - İsrailin müdafiə naziri deyib.
O, həmçinin əlavə edib ki, İsrail Hərbi Hava Qüvvələrinin gücü çox böyükdür və Qəzza zolağındakı əməliyyatlara Hərbi Hava Qüvvələrinin ümumi gücünün heç 10%-i də cəlb olunmayıb.
Tarix: 12-11-2023, 10:16
Xəbəri paylaş





Xəbər lenti