ABŞ institutu: "Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır"

"Rusiya NATO ilə uzunmüddətli münaqişəyə hazırlaşır".
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.
Bildirilib ki, Rusiya bunu Ukraynadakı müharibə ilə paralel edir: “Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov bunu açıq-aşkar bildiriblər. Rusiya Ukraynanın işğal olunmuş ərazilərində yeni hərbi birləşmələr yaradıb”.
Qeyd olunub ki, Rusiya NATO-ya qarşı yeni hərbi dairələr yaradır: “Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkiləri qismən yeni birləşmələr yaratmaqla əvəz edir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. (Report)
Tarix: 13-11-2023, 12:28
Xəbəri paylaş





Xəbər lenti