Pilotsuz təyyarə Rusiyada kimya zavoduna zərbə endirdi – AÇIQLAMA


Noyabrın 14-nə keçən gecə pilotsuz təyyarə Rusiyanın strateji obyektinə - Bryansk vilayətindəki kimya zavoduna hücum edib. Hurriyyet.az xəbər verir ki, bu barədə bu gün səhər Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, zərbə Seltso kəndi yaxınlığında yerləşən SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavoduna dəyib.
“Ərazidə içində partlayıcı maddələr olan partlamamış təyyarə tipli dron aşkar edilib. Zavodun dam örtüyü üç yerdən sınıb. Hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunub”, – “Baza” Teleqram kanalı yazır.
Tarix: 14-11-2023, 14:50
Xəbəri paylaş





Xəbər lenti