ABŞ Konqresində “HƏMAS”(?) vəhşiliklərini əks etdirən “gizli video” nümayiş etdirildi...

ABŞ Konqresində “HƏMAS”(?) vəhşiliklərini əks etdirən “gizli video” nümayiş etdirildi...

Çərşənbə axşamı, noyabrın 14-də ABŞ Konqresinin üzvlərinə 2023-cü il oktyabrın 7-də İsrail torpaqlarında törədilmiş terror vəhşiliklərinin “gizli videosu” nümayiş etdirilib. 
 
Moderator.az xəbər verir ki, “The Jewish Insider” nəşrinin yazdığına görə, filmin nümayişi İsrail səfirliyinin dəstəyi ilə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən təşkil olunub.
 
Filmin nümayişinə Demokrat və Respublikaçılar partiyalarından 150-yə yaxın Konqres üzvü qatılıb. Nəşr yazır ki, konqresmenlər zalı tam sükutla tərk ediblər, onlardan bəziləri ağlayırmış.
 
Məlumata görə, video-baxışda digərləri ilə yanaşı, İsrail və “HƏMAS” arasında atəşkəs çağırışlarını dəstəkləyən demokratlar Aleksandriya Okasio-Kortez və Qreq Kasar da iştirak edib.
 
Nəşr respublikaçı Mayk Loulerdən sitat gətirir: "Bu videoya baxdıqdan sonra necə atəşkəsə çağırmaq olar? Onlar əslində nə baş verdiyini anlamırlar."
 
Cümə axşamı, noyabrın 16-da video-çarxın senatorlar üçün nümayişi təşkil olunacaq.
 
P.S. Həmin videonun gerçək olmasını kim və nə təsdiqləyir?..
 
Tarix: 15-11-2023, 09:04
Xəbəri paylaş





Xəbər lenti