ABŞ və Çin bu sahədə yüksək səviyyəli əlaqələri bərpa etmək barədə razılığa gəldi...-FOTO

ABŞ və Çin bu sahədə yüksək səviyyəli əlaqələri bərpa etmək barədə razılığa gəldi...-FOTO
Dünyanın iki lider ölkəsi, həmçinin, narkotiklərlə mübarizədə əməkdaşlıq etmək üçün narkotiklərlə mübarizə üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bundan əlavə, ölkələr arasında uçuşların sayı artırılacaq...
Liderlər Kaliforniya ştatının San-Fransisko şəhərindən təxminən 25 mil cənubda yerləşən Filoli Estate istirahət evində keçirilən sammit zamanı razılığa gəliblər.
 
Xatırladaq ki, bir müddət öncə Çin lideri amerikalı həmkarı ilə görüş haqdda açıqlama verib.
 
Çin prezidenti bildirib ki, "Yer planeti həm ABŞ, həm də Çini uğurlu etmək üçün kifayət qədər böyükdür".
 
"Dünyanın ən mühüm ikitərəfli əlaqələri olan Çin-ABŞ münasibətləri qlobal transformasiyanın sürətləndirilməsinin geniş kontekstində nəzərdən keçirilməli və nəzərdə tutulmalıdır", - deyə Çin lideri Si Cinpin ABŞ prezidenti Co Baydenə deyib.
 
ABŞ prezidenti Co Bayden də çinli həmkarı ilə danışıqlara münasibət bildirib. 
 
“Bizim ortaq liderliyimizi tələb edən kritik qlobal problemlər var. Və bu gün biz real irəliləyiş əldə etmişik”, – deyə  Amerika prezidenti əlavə edib.
 
ABŞ və Çin həmçinin narkotiklərlə mübarizədə əməkdaşlıq etmək üçün narkotiklərlə mübarizə üzrə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Bundan əlavə, ölkələr arasında uçuşların sayı artırılacaq...
Tarix: 16-11-2023, 08:36
Xəbəri paylaş





Xəbər lenti