Rusiya tarixində ilk dəfə bu nüfuzlu beynəlxalq qurumdan qovuldu- “...Təsir dövrü bitdi...”

Rusiya tarixində ilk dəfə bu nüfuzlu beynəlxalq qurumdan qovuldu- “...Təsir dövrü bitdi...”
Rusiya Federasiyası tarixdə ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Agentliyinin (UNESCO) İcraiyyə Şurasının üzvlüyündən çıxarılıb.
 
Moderator.az  “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “X” sosial şəbəkəsində bildirib. 
 
O, “Rusiyanın təsir dövrünün bitdiyini” vurğulayıb.
 
"Tarixdə ilk dəfə Rusiya "YUNESKO"-nun İcraiyyə Şurasından kənarlaşdırıldı. Rusiyanın təsir dövrü bitdi və haqlı olaraq: Rusiya terrorçularına mühüm beynəlxalq təşkilatların başında yer yoxdur. Rusiyanın beynəlxalq rolu yalnız zəifləyəcək", -deyə dövlət başçısı vurğulayıb.
 
 Ukrayna Rusiya Federasiyasının İcraiyyə Şurasından çıxarılması üçün UNESCO-ya dəfələrlə müraciət edib. Ali Rada  2022-ci ilin mayında və 2023-cü ilin iyulunda Rusiya işğalçılarının Ukraynada mədəni irs obyektlərini məhv etdiyini qeyd edərək bunu iki dəfə istəyib.
 
Xatırladaq ki, noyabrın əvvəlində BMT-yə üzv dövlətlər Rusiyanı təşkilatın Beynəlxalq Ədalət Məhkəməsində onların adından ədalət mühakiməsini həyata keçirmək hüququndan məhrum ediblər. Belə ki, Rusiya nümayəndəsi Beynəlxalq Ədalət Məhkəməsinə üzv seçilməyib. Bu da tarixdə ilk dəfə baş verib...
 

Tarix: 16-11-2023, 10:10
Xəbəri paylaş





Xəbər lenti