“Nyu-York Tayms” redaktoru istefa verdi: “Daha Qəzzadakı müharibəni qızışdıran yalanlar olmayacaq”

“Nyu-York Tayms”  redaktoru istefa verdi: “Daha Qəzzadakı müharibəni qızışdıran yalanlar olmayacaq”

“Qəzza xalqına qarşı müharibə heç kimin xeyrinə deyil”
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, “Nyu-York Tayms” nəşrinin bazar günü əlavəsinin şeir redaktoru Enn Boyer qəzetin İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərinə “daha müharibə qızışdıran yalanlara yox” sözləri ilə reaksiya verib və istefa verib.
Boyer şəxsi səhifəsində dərc etdiyi istefa məktubunda yazıb: “İsrailin ABŞ-ın dəstəyi ilə Qəzza xalqına qarşı müharibəsi heç kimin xeyrinə deyil”.
Bu müharibənin nə İsrail, nə ABŞ, nə Avropa, nə də xüsusilə yəhudi xalqı üçün qətiyyən təhlükəsiz olmadığını qeyd edən Boyer yazıb: "Bu hərb yalnız neft və silah istehsalçılarının ölümcül mənafelərinə xidmət edir”.
Boyer istefa məktubunda yazıb: “Bu müharibə səbəbindən dünyamız, gələcəyimiz, qəlbimiz kiçilir. Bu, təkcə raketlər və torpaq işğalı savaşı deyil. Bu, onilliklər boyu işğala, məcburi köçkünlüyə, məhrumiyyətlərə, nəzarətə, mühasirələrə, həbslərə və işgəncələrə müqavimət göstərən Fələstin xalqına qarşı bir müharibədir”.  
“Bu istefa xəbər dünyasında şeir böyüklüyündə bir boşluq buraxırsa əgər, deməli bu anın həqiqi şəkli budur”.
Sənət adamları üçün ən bariz etiraz yolunun “imtina etmək” olduğunu vurğulayan Boyer məktubunu belə bitirib: “Bizi bu məntiqsiz iztirab mühitinə alışdırmaq məqsədi güdən “ağıllı” tonlar arasında şeir yaza bilmərəm. Artıq iyrənc ədəbi kəlamlar yoxdur. Artıq sözlərlə təmizə çıxarılan cəhənnəm mənzərələri yoxdur. Artıq müharibəni qızışdıran yalanlar yoxdur”.  
Hürr Tərcüman


Tarix: 17-11-2023, 22:55
Xəbəri paylaş





Xəbər lenti