Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavinini işdən çıxarıb

Tarasovski 2022-ci ilin yanvarından bu vəzifədə çalışıb
Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovski tutduğu vəzifədən azad edilib.
AYNA-nın məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski sərəncam imzalayıb.
Onun işdən çıxarılma səbəbi açıqlanmır.
A.Tarasovski 2022-ci ilin yanvarından Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, Ukraynanın Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidmətində, həmçinin Xarici Kəşfiyyat Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Tarix: 18-11-2023, 10:08
Xəbəri paylaş





Xəbər lenti