ABŞ bu ölkəyə HIMARS və ABRAMS tankları VERDİ

ABŞ Polşaya HIMARS raket qurğularının və ABRAMS tanklarının böyük partiyasını göndərib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Mariuş Blaşçak danışıb.
"Polşa ordusu üçün ABŞ hərbi texnikasının böyük tədarükü! 11 HIMARS buraxılış qurğusunun boşaldılması hazırda Svinouytsedə davam edir", - deyə nazir "X" sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, M1A1 ABRAMS buraxılış qurğuları və M88A2 HERCULES texniki dəstək maşınları olan tanklar boşaldılma üçün növbə gözləyir.
Bundan əvvəl də ABŞ-ın müdafiənin modernləşdirilməsi üçün Polşaya iki milyard dollar kredit ayıracağı bildirilirdi.
Vaşinqton ümid edir ki, bu vəsait polyaklara müdafiəni modernləşdirməyə imkan verəcək və beləliklə, NATO-nun şərq cinahının güclənməsinə töhfə verəcək.
Tarix: 22-11-2023, 20:41
Xəbəri paylaş





Xəbər lenti