“Hərbi xidmətə yararlı 650 min ukraynalı Aİ-yə qaçıb” – Britaniya nəşri

“Hərbi xidmətə yararlı 650 min ukraynalı Aİ-yə qaçıb” – Britaniya nəşri


“Hərbi yaşda olan 650 min ukraynalı kişi Avropa İttifaqı (Aİ) ölkələrinə qaçıb. Onlardan 190 min nəfəri Almaniyaya gedib”.
Siam.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Express” nəşri Avropa Statistika Bürosuna (“Eurostat”) istinadla məlumat yayıb.
“Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 24 fevral 2022-ci il tarixində, yəni müharibə başlayandan bəri Almaniyaya yaşı 18-60 arasında olan 221 min 571 ukraynalı kişi gəlib. Hazırda isə Almaniyada 189 min 484 ukrayanlı kişi var. Bunlar rəsmi qeydiyyatdan keçənlərdir. Nazirliyin hesablamalarına görə, daha 100 min nəfər qeydiyyatdan keçməyən və Almaniyada qeyri-qanuni şəkildə yaşayan ukraynalı var”,-deyə məlumatda bildirilir.
azpolitika.info
Tarix: 24-11-2023, 10:12
Xəbəri paylaş





Xəbər lenti