Finlandiyanın Putin oliqarxları barədə planı: Bunu geri almaq istəyir

Finlandiya Putin oliqarxları Gennadi Timçenko və Roman Rotenberqə məxsus 15500 yerlik Helsinki arenasının müsadirəsini sürətləndirmək istəyir, lakin Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketinin yekun məzmununu gözləyir.
Gununsesi.info xəbər verir ki, bu barədə “İlta-Sanomat” qəzeti məlumat yayıb.
Finlandiya hökuməti Timçenko və Rotenberqin Helsinki arenasının nəzarət paketini könüllü olaraq satmasını istəyir, əks halda onlar səhmlərin müsadirə edilməsi proseduruna başlayacaqlar. Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə AB-nin sanksiyalar tətbiq etdiyi rusiyalı oliqarxlar arenanın bir hissəsinə “Arena Events Oy” şirkəti vasitəsilə sahiblik edirlər.

“İlta-Sanomat”un mənbəsinə görə, ən çox ehtimal olunan başlanğıc tarixi 2024-cü ilin yanvar-fevral aylarıdır. “Artıq gecikmələr olmayacaq. Arenanın bu və ya digər şəkildə yenidən istifadəyə verilməsi hər kəsin marağındadır”, – Finlandiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Məsələ burasındadır ki, arena 2022-ci ilin fevral ayının sonundan, Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başladıqdan sonra bağlanıb və Helsinki hakimiyyəti ondan istifadə edə bilmədiyi üçün ildə 100 milyon avrodan çox itirir.
Bununla bağlı həlledici olan dekabrdır, Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı qərar qəbul etməlidir.
Məsələ burasındadır ki, sanksiya tətbiq edilən şəxslərin aktivləri ilə bağlı əməliyyatlar üzrə istisna proseduru mayın 31-də başa çatıb. Aİ-nin yeni sanksiyaları bu müddəti uzatmazsa, Helsinki arenanı tez bir zamanda rus oliqarxlarından müsadirə edə bilməyəcək..
Bundan əlavə, prosedur Finlandiya Parlamentinə şikayət edilə bilər, yəni daha bir neçə ay uzanacaq.
Finlandiya Xarici İşlər Nazirliyinin sanksiyalar üzrə komissarı Pia Sarivaara deyib: “Finlandiya hazırda bu məsələ üzərində fəal işləyir, çünki o, Aİ-nin sanksiyalar paketinə əlavə edilməsini istəyir, bu, istənilən halda arenanın sonradan istifadəyə verilməsinə imkan verəcək”. İlta-Sanomat.
Qeyd edək ki, Finlandiya Ukraynaya kömək məqsədilə Rusiya Federasiyasının dondurulmuş aktivlərinin xaricə köçürülməsini dəstəkləyir.
Tarix: 25-11-2023, 14:52
Xəbəri paylaş





Xəbər lenti