"Ukraynanı dəstəkləmək çətinləşir, elə bir mərhələyə çatmışıq ki..."


"Ukraynaya hərbi yardımla bağlı problemlər yaranıb. ABŞ istisna olmaqla, əksər ölkələr artıq bacardıqlarını göndəriblər. Latviya anbarlarını boşaldıb. Estoniya və Çexiya da eyni şeyi edib. Polşa böyük miqdarda avadanlıq verib və hələ də yenilərinin gəlməsini gözləyir".

Qaynarinfo xəbər verir ki, bunu hərbi ekspert, Böyük Britaniya ordusunun istefada olan polkovniki Qlen Qrant "Espreso"ya şərhində bildirib.

Onun sözlərinə görə, indi Kiyevin müttəfiqləri bundan sonra nə edəcəklərini, pulu hara yatıracaqlarını, mərmi və silahları necə alacaqlarını düşünürlər, çünki Ukraynanı dəstəkləmək getdikcə çətinləşir.



"Biz elə bir mərhələyə çatmışıq ki, Slovakiya artıq tərəfini dəyişib. Macarıstan göstərib ki, Ukraynanı çox güclü dəstəkləyənlər sadəcə olaraq öz mövqelərini başqalarına çatdırmaq istəyirlər", deyə ekspert qeyd edib.

Eyni zamanda, polkovnik diplomatiyaya diqqət yetirməyə və bu işi müvafiq mütəxəssislərə həvalə etməyə çağırıb.

"Öz sahələrində ən yaxşı ekspertlər müxtəlif ölkələrdən dəstəyin artmasına təsir göstərə bilər. Ona görə də diplomatiya tamamilə vacibdir", deyə Qlen Qrant bildirib.

Tarix: 26-11-2023, 21:45
Xəbəri paylaş





Xəbər lenti