“DANIŞIQLAR ÜÇÜN İMKAN PƏNCƏRƏSİ BAĞLANIB” - “Ciddi hərbi ekspertlər bir il əvvəl başa düşürdülər ki...”


“Ukraynada atəşkəs sazişi 2022-ci ilin noyabrında imzalanmalı idi və bu ilin yazında bunun üçün imkan pəncərəsi bağlandı”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın müxalif “Yabloko” partiyasının yaradıcısı, tanınmış siyasətçi Qriqori Yavlinski son açıqlamasında deyib.
Rusiyalı siyasətçi yaranmış imkandan istifadə edilməməsinə təəssüf edir: “Atəşkəs sazişinin bir il əvvəl - 2022-ci ilin noyabrında imzalanması çox vacib idi - fürsət pəncərəsi ən azı 2023-cü ilin fevralına qədər açıq qaldı".
Yavlinski deyib ki, tərəflər arasında etimadın olmamasını bəhanə kimi gətirmək yersizdir. Onun fikrincə, etimadın olub-olmamasından asılı olmayaraq, hərbi əməliyyatlar dayandırılmalı və danışıqlara başlanmalı idi: “Tərəflər arasında etimadın olmaması söhbəti qəribədir. Hərbi münaqişə vəziyyətində hansı etimaddan danışmaq olar? Danışıqlar, vasitəçilər, qoşunların ayrılması və s. olmalı idi. Bəli, bu yolda uğursuzluqlar, razılaşmaların pozulması və hərbi əməliyyatların bərpası ola bilər, amma əsas odur ki, insanların hər gün kütləvi şəkildə ölməyəcəyi bir vəziyyət yaratmaq cəhdləri davam edəcək.Üstəlik, ötən il ərzində əhəmiyyətli ərazi dəyişikliyi baş vermədi və bu, ola da bilməzdi. Bütün ciddi hərbi ekspertlər bunu bir il əvvəl başa düşürdülər. Siyasətçilərin borcu idi ki, bu barədə insanlarla danışsınlar, ictimai rəyə realist istiqamətdə təsir etsinlər. Təəssüf ki, həmin imkan əldən verildi və bu yaz fürsət pəncərəsi bağlandı”.


Yavlinski qeyd edib ki, atəşkəs “onsuz da gec-tez gələcək: “Bəs gecikməyin qiyməti nə olacaq? Bu ölümlər və dağıntılar neçəyə başa gələcək?”
Xatırladaq ki, Yavlinski bir ay əvvəl Vladimir Putinlə Kremldə təkbətək görüş keçirib. Siyasətçinin dediyinə görə, görüşün əsas mövzusu Ukraynada atəşkəsə nail olunması məsələsi olub.
Tarix: 28-11-2023, 21:21
Xəbəri paylaş





Xəbər lenti