Kuleba Lavrovu görmək belə istəmir... - Kiyev ATƏT-in toplantısını boykot edir


Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba ATƏT-in XİN başçıları toplantısını boykot edəcək.Səbəb tədbirdə Rusiya XİN başçısı Sergey lavrovun iştirak etməsidir.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna XİN-in rəsmi nümayəndəsi D.Kulebanın tədbirə qatılmamasını bu cür izah edib: “Ukrayna nümayəndə heyəti Xarici İşlər naziri səviyyəsində ATƏT-in nazirlər görüşündə iştirak etməyəcək. Rusiya Federasiyası konsensus qaydasından sui-istifadə edərək ardıcıl olaraq ATƏT-i məhv edir. Rusiya Federasiyası şantaj və açıq təhdidlərə əl atmaqla əsas məsələlər üzrə konsensusun əldə olunmasını sistemli şəkildə əngəlləyib. Estoniyanın 2024-cü ildə ATƏT-ə sədrliyə namizədliyinin əngəllənməsi də özbaşınalıq olub. Bundan əlavə, Rusiya 500 gündən çox həbsdə olan üç ukraynalı ATƏT nümayəndələrini qanunsuz olaraq saxlayır. Rusiya ATƏT-də ekzistensial böhran yaradıb və təşkilatı öz şıltaqlığına və aqressiyasına girov edib”.
Tarix: 28-11-2023, 21:23
Xəbəri paylaş





Xəbər lenti