Paşinyan Putinin iclasına gedəcək? - Mətbuat katibi belə CAVAB VERDİ


"Hazırda mən bu xəbəri heç bir şəkildə şərh etməyəcəyəm".
Modern.az xəbər verir ki, bunu Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan Ermənistan baş nazirinin MDB ölkələri liderlərinin dekabrda keçirləcək qeyri-rəsmi ənənəvi görüşündə iştirak edib-etməyəcəyi barədə suala cavabında bildirib.
O, Paşinyanın Sankt-Peterburqakı görüşdə iştirakını nə inkar edib, nə də təsdiqləyib.
“Ermənistan hökuməti hər zaman baş nazirin səfərləri ilə bağlı rəsmi məlumat verir, o getsə, mütləq məlumat verəcəyik, getməsə, yox”.
Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva İrəvandan Paşinyanın MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın sonunda Sankt-Peterburqa gedəcəyi barədə siqnal alıb.



Tarix: 29-11-2023, 08:31
Xəbəri paylaş





Xəbər lenti