Kissincer 100 yaşında vəfat edib


ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.


Bildirilib ki, siyasətçi yerli vaxtla noyabrın 29-da Konnektikut ştatındakı evində dünyasını dəyişib.
Xatırladaq ki, Henri Kissincer, Lourens İqlberger və Brent Skoukroftun respublikaçı Prezident Corc Buşa əhəmiyyətli təsiri səbəbindən ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 2002-ci ilin yanvarında dayandırılıb.
2002-2006-cı illərdə Corc Buş bu fərmanı təkrarlayıb.
Tarix: 30-11-2023, 09:25
Xəbəri paylaş





Xəbər lenti