"Bayden komandası Amerikanı müdafiə etmək iqtidarında deyil" - ABŞ-ın sabiq Dövlət katibi


"Nə qədər ki, gec deyil, Amerika vətənimizin başı üzərini alan təhlükələri anlamalıdır..."
 
"Noyabrın əvvəlində Amerika torpağında Çin liderinin mehribanlıqla qarşılanması Bayden adminisyrasiyasının düşmənlərimizi sakitləşdirmək siyasətinin nümunələrindən yalnız biridir..."
 
"Rusiya Ukraynanın dinc vətəndaşlarını qətlə yetirməkdə davam edir,  ABŞ isə onların neft və hərbi sənayesinə qarşı sərt sanksiyalar tətbiq etməyib, nədənsə, Moskvanın gəlirlərini qoruyub..."
 
"Bu əbədi sakitləşdirmə siyasəti Yaxın Şərqdə təhlükəli vəziyyətə də şamil edilir..."
 
Amerikanın düşmənləri daima onun həssas yerlərini axtararaq möhkəmliyini yoxlayır. Lakin Bayden administrasiyasının yeganə cavab verə biləcəyi onun zəifliyidir.
 
Moderator.az xəbər verir ki, bu barədə sabiq Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Mayk Pompeo "Fox News" nəşrində dərc edilən məqaləsində yazıb.
 
O, ABŞ üçün təhlükə törədən bütün hadisələrə sərt münasibət arzulayır.
 
Ayın əvvəlində Amerika torpağında Çin lideri Si Tszinpinin mehribanlıqla qarşılanması, bu zaman San-Fransisko küçələrində Çin bayraqlarının dalğalanması, bütün bunların əvvəlcədən Çinin kommunist diktatorunun xətrinə dəyməmək üçün incəliklərinədək düşünülməsi və teatlaşdırılması Bayden administrasiyasının vətənimizi qoruya bilmək iqtidarında olmadığını özündə təcəssüm etdirib. 
 
Düşmənlərimiz daima zəif yerlərimizi axtararaq Amerikanın möhkəmliyini yoxlayır. Lakin Bayden administrasiyası zəiflikdən başqa heç nə ilə cavab verə bilmir. O, Amerika xalqının və qoşunlarımızın təhlükəsizliyinin təmin edilməsi üzrə sağlam addımlar atmaq əvəzinə, düşmənlərimizi sakitləşdirməyi başlıca vəzifə kimi qarşıya qoyub.
 
Gəlin, unutmayaq, cəmi bir neçə ay öncə Çinin casus aerostatı ABŞ ərazisi üzərindən uçaraq bizim məxfi obyektlərimiz barədə məlumatlar toplayıb, bütün dünya isə Vaşinqtonun fəaliyyətsizliyini müşahidə edib. Həqiqətən də dünyada rüsvay olmuşuq, lakin bu, Bayden administrasiyasının Amerikanı müdafiə edə bilmək iqtidarında olmadığının çoxaylı nümunələrindən yalnız biridir. 
 
Ruslar Ukraynanın dinc vətəndaşlarını qətlə yetirməkdə davam edir, lakin ABŞ onların neft və hərbi sənayesinə qarşı sərt sanksiyalar tətbiq etməyə qıymayıb, nədənsə Moskvanın gəlirlərini qoruyub. Və indi Kreml bizim iradəsizliyimizdən istifadə edərək, Amerikanın vacib akrivlərini alır.
 
Son həftələr "Çexoslovakiya qrupu" (CSG) silah və döyüş sursatlatı üzrə "Visa Outdoor" şirkətinin alınması haqqında elan edib. Bu sövdələşmə baş tutarsa, CSG dərhal Amerikanın silah sənayesində milli təhlükəsizlik üçün risklərə rəğmən iri oyunçu olacaq.  
 
CSG nə zamansa Moskvada sərgiyə sponsorluq edib, Rusiya hakimiyyətinin Avropanın hərbi texnologiyalarına çıxışını təmin edib, güman edildiyi kimi, Putinin ətrafı ilə əlaqəlidir. Bundan başqa, CSG-nin ünvanına sənaye sasusluğunda və Azərbaycana silah tədarükünə qoyulan embarqonun pozulmasında edilən ittihamları da unutmaq olmaz.
 
ABŞ-ın xarici investisiyalar üzrə Komitəsi Bayden administrasiyasının həlledici alətlərindən biridir və bu sövdələşməni bloklamağa haqqı var. Lakin o, bu təhlükələrə göz yumur. Və bu iflas təəccüb doğurmamalıdır, çünki Çin Kommunist Partiyası uzun illər ərzində vətənimizin təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb edən Amerika aktivlərini alır. ÇKP-nin əlində xeyli kənd təsərrüfatı sahələri var, onların bir çoxu ABŞ-ın Orta Qərbdəki hərbi obyektlərinə bitişikdir.
 
Ola bilsin ki, daha böyük təhlükə ondan ibarətdir ki, Pekin "TikTok"a nəzarət edir, axı, ona sahib olan və onu idarə edən Çinin "ByteDance" şirkətidir. Bu əlavə 30 milyondan çox  amerikalı uşaqların telefonlarında quraşdırılıb.
 
Çinin iş metodlarını təsəvvür edən hər kəs anlayır ki, ÇKP bu məlumatlara çıxış əldə edəcək, təki istək olsun. Lakin Bayden bu böyük təhlükəni də susqunluqla qarşılayır. O, nəinki "TikTok"u qadağan etməkdən imtina edir, həm də bir növ onu reklam edir.
 
Bu əbədi sakitləşdirmə siyasəti Yaxın Şərqdəki təhlükəli vəziyyətə də şamil edilir. İranın hərbi əməliyyatlarına cavab olaraq başını qumun içində gizlədir. HƏMAS amerikalılarə qətlə yetirərkən və bizim daha çox həmvətənlərimizi girov saxlayarkən Bayden administrasiyası 10 milyard aktivləri onun başlıca sponsoruna çevrilmiş rejim üçün ayırıb.
 
Oktyabrın 7-dən İranın oyuncaq rejimləri ABŞ qüvvələrinə ən azı 73 hücum həyata keçirib. Lakin Bayden administrasiyasının nadir və sistemsiz cavab zərbələri lazımi çəkindirməni təmin etməyib. Bu ilan əvvəlkitək özü bildiyi kimi qıvrılmaqda sərbəstdir.
 
Dünya getdikcə daha da təhlükəli olur, lakin Bayden administrasiyası getdikcə geriyə çəkilir. Hələ ki, nə qədər gec deyil, Amerika vətənimizin başı üzərini alan təhlükələri anlamalıdır.
 
Müəllif: Mayk Pompeo, Qudzon İnstitutunun əməkdar elmi əməkdaşı, ABŞ-ın 70-ci Dövlət katibi (2018-2021), Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru (2017-2018)

Tarix: 1-12-2023, 10:08
Xəbəri paylaş





Xəbər lenti