Zelenski banklara əlavə vergilər “yüklədi” – BVF belə tələb edir


Prezident Volodimir Zelenski bankların vergiyə cəlb edilməsinin xüsusiyyətləri haqqında qanunu imzalayıb.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ali Radanın Vergi Komitəsinin sədr müavini Yaroslav Jeleznyak «Telegram» kanalında bildirib. Qanun layihəsində bankların əlavə müvəqqəti vergiyə cəlb edilməsi nəzərdə tutulur. 2023-cü ilin yekunlarına əsasən bankların mənfəətlərinin vergiyə cəlb edilməsi 50% dərəcəsi ilə həyata keçiriləcək. 2024-cü ildən etibarən gəlir vergisinin baza dərəcəsi 25% təşkil edəcək.
Onun sözlərinə görə, bu dəyişikliklərin qəbulu Beynəlxalq Valyuta Fondunun şərtidir. 


Ehtimal olunur ki, əlavə verginin tətbiqi ilə dövlət büdcəsinə mədaxil 24-25 milyard qriven arta bilər (600-650 milyon ABŞ dolları- red.). Parlamentin Vergi siyasəti komitəsinin rəhbəri Danil Getmantsev “Telegram”-da qeyd edib ki, bu qanun layihəsi həmçinin dronların və onların ehtiyat hissələrinin Ukraynaya rüsumsuz idxalına verilən güzəştin müddətini də uzadıb. 
Tarix: 6-12-2023, 22:36
Xəbəri paylaş





Xəbər lenti