G7 liderləri çağırış etdi



G7 liderləri bölgədəki ekstremist məskunlaşmaçılar tərəfindən fələstinlilərə qarşı zorakılıqların artmasını pisləyib və onları məsuliyyətə cəlb etməyə çağırıblar.
32gun.az xəbər verir ki, bu barədə G7 ölkələrinin G7 liderlərinin virtual görüşünün yekunları üzrə yayılan birgə bəyanatında deyilir.
"Biz İordan çayının qərb sahilində təhlükəsizlik və sabitliyə xələl gətirən və davamlı sülh perspektivlərini təhdid edən ekstremist məskunlaşmaların fələstinlilərə qarşı zorakılıqlarının artmasını pisləyirik. Cinayət törədənlər məsuliyyətə cəlb edilməlidir", - bəyanatda deyilir.
Eyni zamanda, G7 regional oyunçuları Yaxın Şərq regionunda sabitliyi pozan fəaliyyətləri dayandırmağa çağırıb. Xüsusilə, G7 İranı Həmas, Hizbullah, Husilər və digər qeyri-dövlət aktorlarına dəstək verməkdən çəkinməyə çağırıb. 
Tarix: 6-12-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti