Blinkenə mesaj: Məsafəni saxlayın, cinayətin iştirakçısı olmayın

Blinkenə mesaj: Məsafəni saxlayın, cinayətin iştirakçısı olmayınHakan Fidan

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının yaratdığı Təmas Qrupu bu gün Vaşinqtonda ABŞ dövlət katibi Blinkenlə görüşə hazırlaşır. Türkiyənin təşəbbüsləri nəticəsində yaranan qrupun İsrailin ən böyük dəstəkçilərindən olan ABŞ-a açıq mesajı var: "Tezliklə atəşkəs elan olunmalı, İsraildən uzaqlaşın, əks halda cinayətin ortağı olacaqsınız".

Bizimyol.onfo xəbər verir ki, noyabrın ikinci həftəsindən fəaliyyətə başlayan və Türkiyə, Fələstin, Misir, İndoneziya, Qətər, Nigeriya, Səudiyyə Ərəbistanı və İordaniyanın daxil olduğu qrup Pekin, Moskva, London, Paris, Barselona və Nyu-Yorkda təmaslar aparıb. Xarici işlər naziri Hakan Fidan da daxil olmaqla təmas qrupunun üzvləri bu gün Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.
Verilən məlumata görə, Türkiyənin təşəbbüsü ilə yaranan bu qrupun ABŞ dövlət katibinə ünvanlanan mesajlarda qeyd edilir:
  • Tezliklə tam atəşkəs elan edilməlidir. Müvəqqəti humanitar atəşkəs heç bir nəticə verməyib. Qan tökülməsinin dayandırılması üçün tam və qeyd-şərtsiz atəşkəs vacibdir.
  •  Tam atəşkəsdən sonra daimi və ədalətli sülh üçün həll prosesi başlanmalıdır. BMT parametrləri çərçivəsində həyata keçiriləcək bu proses nəticəsində 1967-ci ildən əvvəlki sərhədlər əsasında və paytaxtı Şərqi Qüds olan Fələstin Dövləti qurulmalıdır.
  •  İsrailin beynəlxalq hüququ açıq şəkildə pozması ilə bağlı bəzi ölkələrin susması beynəlxalq sistemə və beynəlxalq hüquqa olan inamı sarsıdıb.
  •  İsrail toxunulmazlığına malik olduğu anlayışı ilə hərəkət edir. Bütün ölkələr İsrailin insani dəyərləri tapdalayan qanunsuz münasibətindən uzaqlaşmalıdır.Əks halda onlar törədilən cinayətin şərikinə çevrilirlər.
  •  İsrailin təcavüzü regional və hətta qlobal münaqişə riskini artırır. Biz bu təhlükəyə biganə qala bilmərik. Biz Yaxın Şərqdə daha müharibə istəmirik.
  •  Müharibə bitdikdən sonra Fələstində daimi sülhü təmin edəcək mexanizmlər müzakirə edilməlidir. Zəmanət onlardan biri ola bilər.
  • Siam.az
Tarix: 8-12-2023, 10:00
Xəbəri paylaş





Xəbər lenti