Almaniyada dövlət çevrilişinə cəhd


Almaniya Baş Prokurorluğu dövlət çevrilişi planlaşdıran “Reyxsburq” hərəkatının sağçı ekstremistlərinə, o cümlədən knyazlıq sülalələrindən birinin varisinə qarşı ittiham irəli sürüb. “Report” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı yazıb.
 
Reyss sülaləsindən XIII Henrix və çevriliş etməkdə şübhəli bilinən doqquz şəxs Frankfurt-Mayndə Ali Regional Məhkəməsi qarşısına çıxarılıb. “Reyxsburqçular”ın yaxın ətrafı da Frankfurt məhkəməsinə gəlməlidir.
 
Təqsirləndirilən şəxslər terror təşkilatına üzv olmaqda və ya dəstək verməkdə, habelə dövlətə xəyanətdə ittiham olunurlar. Almaniya prokurorluğu məlumatı şərh etməkdən imtina edib.
 
Qeyd edək ki, Almaniyada 2022-ci il dekabrın 7-də dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Təhlükəsizlik xidmətləri 50-dən çox şübhəlidən 25-ni saxlayıb. Axtarışlar Almaniyanın 16 federal əyalətindən 11-də, 130-dan çox ev və mənzildə aparılıb.
 
Eyni zamanda, çevrilişə cəhd etmək istəyənlər arasında knyazlıq sülalələrindən birinin varisi, siyasətçi, hərbi qulluqçular və Müdafiə Nazirliyinin xüsusi təyinatlı əsgərləri də olub.
Tarix: 12-12-2023, 14:00
Xəbəri paylaş





Xəbər lenti