“Orban Avropa Birliyinin əsas siyasi kabusuna çevrilib” - NATO zabiti

Anro: “Şarl Mişel üçün həftənin sonunda əsas problem həmişə olduğu kimi, Viktor Orban olacaq"
“Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya yardımla bağlı Avropa Birliyinin (Aİ) ən böyük siyasi kabusuna çevrilib”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun keçmiş nüvə artilleriya zabiti Pyer Henrot deyib.
"Aİ Şurasının sədri Şarl Mişel üçün həftənin sonunda əsas problem həmişə olduğu kimi, onun Avropa dəyərlərinə inanmayan və Rusiyanı qınamaqdan imtina edən siyasi kabusu Viktor Orban olacaq", - NATO-nun keçmiş zabiti deyib. .
Onun sözlərinə görə, Brüsselin Ukrayna ilə bağlı maliyyə və ya xarici siyasət məsələlərində qərar qəbul etmək üçün yekdilliyə ehtiyacı var və macar siyasətçi buna açıq şəkildə “yox” deyir.
Bundan əvvəl Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukraynanın bloka müraciəti ilə bağlı danışıqları tənqid edib. Nazir Qərbi Balkan ölkələrinin Ukraynadan daha çox Aİ üzvlüyünə hazır olduğunu vurğulayıb.
Tarix: 12-12-2023, 20:59
Xəbəri paylaş





Xəbər lenti