Kiyevə Rusiyanın növbəti raket hücumu...- 4 "İsgəndər" atıldı?..

Kiyevə Rusiyanın növbəti raket hücumu...- 4
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket hücumunun dəf edilməsi zamanı 45 dinc sakin yaralanıb.
Bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.


Onun sözlərinə görə, yaralıların hamısı Dnipro rayonundandırlar. Bildirilib ki, xəstəxanaya yerləşdirilmiş yaralılar arasında iki uşaq da var. 27 nəfər yerindəcə tibbi yardım göstərilib.
Meriya açıqlayıb ki, raket qalıqlarının xəstəxana ərazisinə düşməsi nəticəsində orada böyük çuxur əmələ gəlib. Hospitalın pəncərələri sınıb, bir nəfər yaralanıb.
Qeyd edək ki, "Telegram"dakı monitorinq kanalları Rusiyanın Kiyevə “Isgəndər” olduğu güman edilən dörd ballistik raket atdığını bildirmişdilər, lakin bununla bağlı rəsmi məlumat hələlik verilməyib.
Tarix: 13-12-2023, 10:58
Xəbəri paylaş





Xəbər lenti