Netanyahu israr edir: Qəzza İsrailin nəzarəti altında olacaq

Netanyahu israr edir: Qəzza İsrailin nəzarəti altında olacaqBenyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, müharibədən sonra Qəzza zolağı İsrailin nəzarəti altında, yəni işğal altında qalacaq.

Bizimyol.info xəbər verir ki, İsrailin İctimai Yayım Korporasiyasına açıqlama verən Netanyahu: “Qəzza zolağı İsrail ordusunun nəzarəti altında olacaq. Müharibədən sonra Qəzzada mülki administrasiya olacaq və Zolaq Körfəz ölkələrinin rəhbərliyi ilə bərpa olunacaq. Biz beynəlxalq təzyiqlərə boyun əyməyəcəyik", - deyə qeyd edib.
Netanyahunun bir gün əvvəl İsrail Parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinə verdiyi bəzi açıqlamalar da mətbuata sızıb. Buna görə də Netanyahu 1993-cü ildə Fələstin və İsrail arasında imzalanan müqaviləyə toxunaraq: “Oslo bütün günahların anası idi. HƏMAS ilə Fələstin Muxtariyyəti arasında yeganə fərq odur ki, HƏMAS bizi burada və indi məhv etmək istəyir, Fələstin Administrasiyası isə bizi tədricən məhv etmək istəyir”, - deyə bildirib.
Netanyahu, ABŞ-dan fərqli olaraq Qəzza müharibəsindən sonra Fələstin rəhbərliyini İordan çayının qərb sahilində görmək istəmədiklərini və Milli Təhlükəsizlik Şurasının kimin idarə edəcəyi ilə bağlı variantlar üzərində çalışdığını bildirib. Netanyahunun Qəzzanı İsraillə (BƏƏ, Bəhreyn) İbrahim sazişini imzalayan Səudiyyə Ərəbistanının inşa edəcəyini dediyi də iddia edilib.
Tarix: 13-12-2023, 16:22
Xəbəri paylaş





Xəbər lenti