FED uçot dərəcəsi ilə bağlı qərar verdi

ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.
 
Bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.
 
Qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşüb.
 
“Komitə uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağa çalışır. Bu məqsədlə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - hesabatda deyilir.
 
Bununla da FED ardıcıl üçüncü dəfə uçot dərəcəsini saxlamaq qərarına gəlib.
 
Report
Tarix: 14-12-2023, 09:55
Xəbəri paylaş





Xəbər lenti